O, mənə çox kömək edib... - Tramp Melaniyanı təriflədi

17:01 30.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniyanı bugünkü kim olmasına kömək etdiyinə görə təbrik edib.

Hafta.az xəbər verir ki, Trampım sözlərini "Fox News" sitat gətirib. 

Belə ki, jurnalistlərdən biri Trampdan "Həyat yoldaşı ilə görüşməsəydi, bugünkü insan ola biləcəyini düşünüb-düşünmədiyini" soruşub. Siyasətçi zarafatla ona "çox təhlükəli bir sual" verildiyini bildirib.

"Düşünürəm ki, o, mənə çox kömək edib... çox hörmətli, çox ağıllı, çox düşüncəli!", - deyə o, bildirib.